Qəza xidməti 24/7: +994 12 000 00 00 B.e.–Şənbə 09:00–19:00 · info@ecozen.az

Mərkəzi soyutma stansiyaları

Çiller sistemləri

Çiller binanın soyutma sisteminin ürəyidir. Kompressor, kondensator və buxarlandırıcının vəziyyətini ölçüb yoxlayır, nasazlığı iri qəzaya çevrilmədən aradan qaldırırıq.

Çiller sistemləri

Xidmət haqqında

Biznes mərkəzləri, otellər, ticarət mərkəzləri və istehsal sahələri adətən mərkəzləşdirilmiş çiller sistemi ilə soyudulur. Belə sistemdə bir aqreqatın dayanması bütün binanın dayanması deməkdir.

Ecozen mühəndisləri hava və su soyutmalı, vintli, spiral və mərkəzdənqaçma kompressorlu çillerlərlə işləyir. Hər servis səfərindən sonra ölçmə nəticələri və tövsiyələrlə yazılı hesabat təqdim edirik.

Servis zamanı nələri yoxlayırıq

  • Freon təzyiqi və soyuducu agentin miqdarı
  • Kompressorun cərəyanı və yağ səviyyəsi
  • Kondensator lamellərinin təmizlənməsi
  • Buxarlandırıcıda temperatur fərqi
  • Elektrik panelində kontaktların yoxlanması
  • Nasos və su dövrəsinin sızdırmazlığı
  • Nəzarətçi (kontroller) xəta jurnalının oxunması
  • Antifriz konsentrasiyası (qış rejimi)

Göstərdiyimiz işlər

Layihə və quraşdırma

Hesablama, avadanlıq seçimi, montaj və işə salma.

Planlı texniki xidmət

Qrafik üzrə səfərlər, ölçmələr və yazılı hesabat.

Təmir və qəza çağırışı

Diaqnostika, ehtiyat hissələri və sürətli bərpa.

Modernizasiya

Köhnə sistemlərin enerjiyə qənaətli yenilənməsi.

Qısa məlumat

Sistem növləriHava soyutmalı, su soyutmalı, modullu çillerlər
Planlı servisİldə 2–4 dəfə, mövsüm əvvəli və ortasında
Qəza çağırışıMüqaviləli obyektlərə 24/7, Bakı daxilində 2 saat ərzində
ZəmanətGörülən işlərə 12 ay

Bu istiqamətdə layihələr

ÇillerAHU

16 mərtəbəli ofis binasında çillerin kompressor təmiri və iki AHU-nun modernizasiyası.

Çiller

Üç çillerdən ibarət soyutma stansiyasına illik texniki xidmət müqaviləsi.

Suallar

Çillerə nə vaxt servis lazımdır?

Ən azı yay mövsümü başlamazdan əvvəl, aprel–may aylarında. Yüklənmə yüksək olan obyektlərdə mövsüm ortasında ikinci yoxlama tövsiyə edirik.

Freon doldurmaq problemi həll edirmi?

Yalnız müvəqqəti. Freon azalırsa, sistemdə sızma var. Əvvəlcə sızma yerini tapıb təmir edirik, sonra doldururuq.

Köhnə çilleri dəyişmək, yoxsa təmir etmək?

Enerji sərfiyyatını, təmir tarixçəsini və ehtiyat hissələrin əlçatanlığını hesablayıb hər iki variantın qiymətini yazılı şəkildə təqdim edirik.

Sistem dayanıb və ya qəribə səs salır?

Zəng edin — mühəndis vəziyyəti telefonda qiymətləndirib ustanı yola salacaq.